...

Azərbaycanın bank sistemi üçün yeni hesablar planının tətbiqinə dair seminar keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2012 16:14 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) "Ernst & Young" beynəlxalq audit şirkətinin iştirakı ilə yeni "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər"ə dair seminar keçirir.
Azərbaycanın bank sistemi üçün yeni hesablar planının tətbiqinə dair seminar keçirilir (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ernst & Young" beynəlxalq audit şirkətinin iştirakı ilə yeni "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər"ə dair seminar keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, beş gün davam edəcək seminar "Ernst & Young" şirkətinin və Mərkəzi Bankın Maliyyə idarəetməsi departamentinin mütəxəssisləri tərəfindən aparılacaq.

Seminar zamanı Azərbaycanın bank sistemi üçün hesablar planı və onun tətbiqinə dair göstərişlər, o cümlədən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında bankların maliyyə hesabatlılığına təsir edə biləcək son yeniliklər də müzakirə ediləcək.

Seminarda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının maliyyə menecerləri, mühasibat uçotu sahəsində məsul şəxslərlə yanaşı, Mərkəzi Bankın müvafiq departamentlərinin əməkdaşları da iştirak edirlər.

Qeyd edək ki, AMB tərəfindən bank sistemində mühasibat uçotunun ən qabaqcıl praktikaya uyğun təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində "Ernst & Young" şirkəti ilə birgə yeni "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər" hazırlanıb və onun tətbiqi 1 yanvar 2013-cü ildən nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti