...

Azərbaycan və Türkiyənin kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 13:53 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Antalya şəhərində səfərdədir.
Azərbaycan və Türkiyənin kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin 4-cü iclası, İƏT-in Regional Ərzaq Təhlükəsizliyi Proqramının icrası üzrə Donorların 2-ci Konfransı və Kənd Təsərrüfatı Nazirlərinin 5-ci iclasında iştirak etmək məqsədilə 2012-ci ilin 12-17 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində 14 noyabr 2012-ci il tarixdə nazir İsmət Abasov Tükiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında aqrar sahədə qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivlərinin daha da inkişaf etdirilməsi müzakirə edilmişdir.

Nazir İsmət Abasov səmimi görüşə görə minnətdarlığını bildirərək Türkiyə Respublikasının aqrar sahədə inkişafından daim qürur duyduğunu qeyd edərək aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu nəzərə çatdırdı. Nazir toxumçuluq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə Azərbaycan-Türkiyə Birgə Toxumçuluq Təsərrüfatının genişləndirilərək nümunəvi bir təsərrüfata çevrilməsini məqsədəuyğun hesab etdi. Bildirdi ki, ölkədə Prezident İlham Əliyevin tapşırığına əsasən 50-dən artıq iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulmuş və bu işlərə artıq start verilmişdir. Bu proseslərdə Türkiyə Respublikasının şirkətlərinin də iştirakının vacibliyini vurğulayaraq, bunun üçün bütün imkanların mövcudluğunu diqqətə çatdırdı.

Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu və bu inkişafa daim dəstək verməyə hazır olduğunu bildirərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlığın digər sahələrini təmsil edən nazirliklər üçün örnək olacağına əminliyini bildirdi.

Səfər çərçivəsində nazir İsmət Abasovun İƏT-in digər üzv ölkələrinin kənd təsərrüfatı nazirləri ilə də görüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti