...

Unibank-ın "Kredit al, hədiyyə qazan" lotereyasının növbəti qalibləri elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 17:22 (UTC +04:00)
"Unibank"da məcmu uduş fondu 15 min manat təşkil edən "Kredit al, hədiyyə qazan" lotereyasının üçüncü (sonuncu) tirajı keçirilib.
Unibank-ın "Kredit al, hədiyyə qazan" lotereyasının növbəti qalibləri elan edilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

"Unibank"da məcmu uduş fondu 15 min manat təşkil edən "Kredit al, hədiyyə qazan" lotereyasının üçüncü (sonuncu) tirajı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, lotereyada növbəti 5 qalib müəyyən olunub. Pul uduşu qazananlar bankın paytaxt və bölgə filiallarında nağd kredit cəlb edən müştərilərdir: Ramin Cəbrayilov (eyniləşdirmə kodu -1163167), Əntiqə Məhərrəmova (eyniləşdirmə kodu -1220090), Ülviyyə Əhmədova (eyniləşdirmə kodu- 1204663), Mələksuba Yaqubova (eyniləşdirmə kodu - 1222245) və Svetlana Orucovadır (eyniləşdirmə kodu - 1197883).

Qaliblər oktyabrın 1-dən 31-dək "Unibank"dan nağd kredit alan müştərilər arasından elektron püşkatma üsulu ilə müəyyən edilib. Seçim xüsusi kompüter proqramı vasitəsilə, kredit götürənlərin eyniləşdirmə nömrələri əsasında, müştərilər və jurnalistlərin iştirakı ilə təşkil olunan lotereya komissiyası tərəfindən aparılıb. Bu zaman qalib seçilən hər bir müştərinin uduşu 1000 manat təşkil edib.

Aksiya 30-a yaxın filial və şöbəni əhatə etməklə, bankın bütün xidmət şəbəkəsi üzrə keçirilib.

Qeyd edək ki, "Unibank" istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətə qədərdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir.

İstehlakçı kreditlərinin şərtləri ilə bağlı daha ətraflı məlumatı www.unibank.az saytından, (012) 117 nömrəli telefonla və bankın www.facebook.com/unibank.az səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti