...

“Zaminbank” 20 illik yubileyini qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 12:02 (UTC +04:00)
14 noyabr 2012-ci il tarixində “Zaminbank” ASC xarici və yerli bankların, həmçinin partnyor təşkilatların iştirakı ilə 20 illik yubileyini qeyd etdi.
“Zaminbank” 20 illik yubileyini qeyd edib

14 noyabr 2012-ci il tarixində "Zaminbank" ASC xarici və yerli bankların, həmçinin partnyor təşkilatların iştirakı ilə 20 illik yubileyini qeyd etdi.

16 noyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının 15 saylı lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir.

Hazırda "Zaminbank" müştərilərə müxtəlif növ bank xidmətləri göstərir - hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri və sair.

"Zaminbank" müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə etibarlı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında - "Adımız Zəmanətimizdir", həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.

Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir.

"Zamibank" müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də 2006-ci ildə yaratdığı Azərbaycanın iilk beynəlxalq pul köçürmə sistemi olan "Caspia Money Transfer"dir. Bu sistem vasitəsilə fiziki şəxlər bankda hesab açmadan dünyanın istənilən ölkəsinə pul köçürmək imkanlarına malikdirlər.

"Zaminbank" sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Sahibkarlığa Yardım Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə əməkdaşlıq edir. "Zaminbank" "Əmanətlərin sığortalanması haqqında" dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Bankın fəaliyyətinin mühüm hissəsini müxtəlif assosiasiyalarda və qurumlarda aktiv iştirakı təşkil edir. "Zaminbank" Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının, İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Yardım Fondunun, Bakı Banklararası Valyuta Birjasının və Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin üzvüdür.

"Zaminbank" eləcə də MasterCard International, VISA International və UnionCad/NCC beynəlxalq ödəniş sistemlərinin üzvüdür.

Bankın mühüm prioritetlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. "Zaminbank" hazırda Bakı, Sumqayıt, Gəncə, Qazax, Tovuz, Şəmkir, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Bərdə, TərtərGöyçay, Quba, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Səlyan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində 55 filial və şöbədən ibarət xidmət şəbəkəsinə malikdir.

Beləliklə, 20 illik fəaliyyətinin nəticəsi kimi "Zaminbank" Azərbaycanın aparıcı banklardan biri olmaqla bank sektorunda öz mövqesini daha da möhkəmləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti