...

Azərbaycanda market-meyker institutunun yaradılması qiymətli kağızlar bazarının inkişafını stimullaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 14:20 (UTC +04:00)
Market-meyker institutunun formalaşması Azərbaycanda qiymətli kağızlar bazarının sonrakı inkişafını irəli çəkəcək.
Azərbaycanda market-meyker institutunun yaradılması qiymətli kağızlar bazarının inkişafını stimullaşdırır

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir C.Nəsibova/

Market-meyker institutunun formalaşması Azərbaycanda qiymətli kağızlar bazarının sonrakı inkişafını irəli çəkəcək. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Emin Əliyev cümə günü "Bakı Fond Birjasında market-meyker institutunun fəaliyyəti və onlara yaradılan imkanlar" mövzusunda keçirilən konfransda jurnalistlərə deyib.

Onun sözlərinə görə, "2011-2020-ci illərdə Qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri maliyyə bazarında tələb və təklifin stimullaşdırılmasıdır və market-meyker institutunun formalaşması bu istiqamətdə əhəmiyyətli addım olacaq.

"Hazırda artıq rəsmi market-meyker statusunun əldə edilməsinə marağı olan tərəflər mövcuddur", - Əliyev deyib.

Tədbirdə Azərbaycan Mərkəzi Bankının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin, Milli Depozit Mərkəzinin, "Pasha Holding" və başqa qurumların nümayəndələri iştirak ediblər.

BFB-nin Müşahidə Şurası avqustun 15-də market-meyker fəaliyyətinin daxili qaydalarını təsdiqləyib. Həmin qaydalar institutun yaradılmasını və onun fəaliyyətinin nizama salımasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti