...

Bakı Fond Birjası investisiya və aktivlərin idarə olunması sahəsində qabaqcıl təcrübəni öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2012 14:10 (UTC +04:00)
Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Emin Əliyev noyabrın 17-21-də dünyanın nəhəng investisiya şirkətlərindən biri olan "Carlyle Group"un dəvəti ilə London şəhərində keçiriləcək London İnvestorlar Konfransında (2012 London Investor Conference) iştirak edəcək.
Bakı Fond Birjası investisiya və aktivlərin idarə olunması sahəsində qabaqcıl təcrübəni öyrənir

Azərbaycan, Bakı, 19 noyabr/Trend, müxbir A. Axundov/

Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Emin Əliyev noyabrın 17-21-də dünyanın nəhəng investisiya şirkətlərindən biri olan "Carlyle Group"un dəvəti ilə London şəhərində keçiriləcək London İnvestorlar Konfransında (2012 London Investor Conference) iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə bazaar ertəsi BFB-nin yaydığı məlumatda deyilir.

Emin Əliyev səfəri ərzində "Carlyle Group" şirkətinin top menecmenti ilə görüşlər keçirəcək, şirkətin qlobal investisiya və aktivlərin idarə edilməsi sahəsindəki qabaqcıl təcrübəsi ilə tanış olacaq. Bununla yanaşı, o, "Carlyle Group"un yeni investisiya fondları ilə, onların kompozisiyası və idarəolunma mexanizmləri ilə də tanış olacaq. Carlyle Group fondların idarə olunması sahəsində zəngin təcrübəyə malikdir. "Carlyle Group"un fondları dünya investisiya fondları arasında gəlirliliyinə görə yüksək gəlirli və aşağı riskli fondlar hesab olunur.

"Carlyle Group" 1987-ci ildə ABŞ-da yaradılıb və hazırda dünya üzrə 32 regional ofisə malikdir. 1400-ə qədər qlobal investor bazası olan şirkətin ümumi idarəetməsi altında olan vəsaitin həcmi 160 milyard dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti