Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni 2016-cı ilə qədər 5 yeni stansiyanı istismara verməyi planlaşdırır. Bu barədə Trend qurumun rəsmi saytına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, şərti adları "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" olan stansiyalar 2016-cı ilə qədər fəaliyyətə başlamalıdır. Həmçinin, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalar 2014-cü ilin birinci yarısına qədər istismara verilməlidir.
Bakı Metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətt və 23 stansiyadan ibarətdir, 2030-cu ilə kimi xətlərin və stansiyaların sayı 5 dəfə artacaq və xətlərin ümumi uzunluğu 119 km olmaqla 76 stansiyadan ibarət sistemə çevriləcək.