...

QKDK: Azərbaycanın qiymətli kağızlar bazarında islahatlar onu etibarlı investisiya mənbəyinə çevirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 11:59 (UTC +04:00)
Azərbaycan hazırda hökumət tərəfindən müzakirə olunan "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsini hazırladığı zaman Avropa ittifaqının təcrübəsindən geniş istifadə edib.
QKDK: Azərbaycanın qiymətli kağızlar bazarında islahatlar onu etibarlı investisiya mənbəyinə çevirəcək

Azərbaycan, Bakı, 22 noyabr / Trend, müxbir A.Axundov /

Azərbaycan hazırda hökumət tərəfindən müzakirə olunan "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsini hazırladığı zaman Avropa ittifaqının təcrübəsindən geniş istifadə edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı cümə axşamı "Azərbaycanın qiymətli kağızlar sahəsində qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə və institusional inkişafa uyğunlaşdırılması" tvinninq layihəsinin təqdimatında çıxışı zamanı deyib.

"2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər Azərbaycanda yeni kapital bazarlarının normalar və prinsiplər əsasında dərindən islah edilməsinə yönəldilib", - Aslanlı bildirib.

Bu islahatlar nəticəsində ölkənin qiymətli kağızları bazarı xüsusilə qeyri-neft sektorunda iqtisadi subyektlərin investisiyasının sadə, etibarlı və uzunmüddətli mənbəyinə çevriləcək.

"Əlbəttə, bazar iqtisadiyyatı şəraitində islahatlar hüquqi münasibətlər sistemində dəyişikliklərlə müşayiət olunmalıdır. Dövlət Proqramı məhz bu nöqteyi-nəzərdən qiymətli kağızlar bazarının normativ-hüquqi bazasının təkmilləşdirilməsinə və onun tətbiqi sahəsində peşəkar hazırlığın artımına yönəlib", - Aslanlı deyib.

Onun sözlərinə görə, bu tvinninq layihə QKDK-ya Dövlət Proqramının bu iki əhəmiyyətli istiqaməti üzrə peşəkar beynəlxalq ekspertizadan istifadə etmək imkanı verir.

"Bütovlükdə, ölkədə bazar iqtisadiyyatının inkişafı, möhkəm iqtisadi artımın və iqtisadi qanunvericiliyin təkmilləşdirilməsinin dəstəklənməsi məqsədi ilə Azərbaycan hökuməti artıq uzun müddətdir Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Qiymətli kağızlar bazarı bu əməkdaşlığın ayrıca intensiv sahələrindən biridir", - Aslanlı deyib.

Layihənin büdcəsi 999950 avro təşkil edir. Layihənin reallaşdırılmasına 2012-ci il oktyabrın 1-dən başlanılıb və 31 may 2014-cü ilə kimi davam edəcək. Benefisiar tərəfindən tərəfdaş QKDK, Avropa İttifaqına üzv ölkələr tərəfindən - Polşanın Maliyyə Nəzarəti üzrə Agentliyi çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti