...

"TBC Kredit" girovsuz kreditlər üzrə faiz dərəcələrini azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 13:27 (UTC +04:00)
Yeni il endirimləri başlayır və bayramın astanasında "TBC Kredit" girovsuz "Təcili pul" kreditlərinə yenidən hamının ürəyincə olmuş "-2%" aksiyasını elan edib.
"TBC Kredit" girovsuz kreditlər üzrə faiz dərəcələrini azaldır

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Yeni il endirimləri başlayır və bayramın astanasında "TBC Kredit" girovsuz "Təcili pul" kreditlərinə yenidən hamının ürəyincə olmuş "-2%" aksiyasını elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın yaydığı məlumatda deyilir.

Kreditə müraciət edənlər yeni il hədiyyəsi olaraq illik faiz dərəcəsinə 2% güzəşt əldə edirlər. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 22% təşkil edir, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə illik 20% (4% aşağı). Aksiya bu ilin noyabrın 19-dan etibarən başlayıb.

"Təcili Pul" girovsuz nəğd kreditdir və istənilən məqsəd üçün nəzərdə tutulub. Bu kredit üzrə maksimal məbləğ 10 000 manat, maksimal müddət isə 24 ay təşkil edir. Mövcud məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənədlərin təqdimatı əsasında 2 gün ərzində verilir. Həmçinin kreditə ofisdən/evdən çıxmadan onlayn müraciət etmək və "TBC Kredit"ə bir dəfə pulu götürmək üçün gəlmək olar.

Əlavə məlumatı "TBC Krediti"n filiallarında, 598 22 12 nömrəli şəhər telefonalrına zəng etməklə, [email protected] elektron poçt ünvanına və ya www.tbc.az saytında yazmaqla əldə etmək olar.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı 1999-cu ildən etibarən Azərbaycan bazarındadır. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75%-i Gürcüstanın aparıcı bankı "TBC Bank"a və 25%-i "ShoreBank International Ltd."-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti