Azərbaycan, Bakı, 29 noyabr /Trend/
"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatının Abşeron bölgəsində fəaliyyət göstərən filialları arasında ən gənci olan Xırdalan filialı fəaliyyətinin 1 illik yubileyini qeyd edir.
Təşkilatdan Trend-ə verilən məlumata görə, il boyu davam edən uğurlu fəaliyyətin nəticəsi olaraq, hazırda filialın kredit portfelinin həcmi 1,5 milyon dollar, müştəri sayı isə 1 000 nəfər təşkil edir.
Filial Xırdalan, Masazır, Binəqədi, Mehdiabad, Müşviqabad, Sulutəpə və digər qəsəbələrdə çalışan orta və kiçik sahibkarlara daha rahat və əlverişli şərtlərlə, qısa müddət ərzində 50 - 50 000 dollar məbləğində Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq və Fərdi Kənd Kredit məhsulları üzrə kreditlər təqdim edir.
Qeyd edək ki, "FINCA Azerbaijan"ın Xırdalan filialı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında müştərilərə xidmət göstərir.