...

Bakı Metropoliteni mərkəzi stansiyaların birində eskalatorları dəyişəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 18:02 (UTC +04:00)
Bakı Metropoliteni perspektivdə "Sahil" stansiyasında eskalatorların əvəz edilməsi imkanını nəzərdən keçirir. Bu barədə Trend cümə günü Metropolitenin saytına istinadən məlumat verir.
Bakı Metropoliteni mərkəzi stansiyaların birində eskalatorları dəyişəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni perspektivdə "Sahil" stansiyasında eskalatorların əvəz edilməsi imkanını nəzərdən keçirir. Bu barədə Trend cümə günü Metropolitenin saytına istinadən məlumat verir.

Məlumata görə, sentyabrın 10-dan əsaslı təmirə dayandırılmış "Sahil" stansiyasının ikinci eskaltorunun əsaslı təmiri başa çatdırılıb. Təlimat tələblərinə görə, 10 min kilometrdən artıq istismar olunmuş eskalator əsaslı təmirə dayandırılmalıdır. Ötən dövr ərzində eskalatorun hissələri çıxarılaraq təftiş olunub, lazım olanları yenilənib, qalanları isə təmir edilib.

Eskalator distansiyasının rəisi Elçin İsmayılovun sözlərinə görə, Metropolitenin strukturuna daxil olan vahidlərdən biri - Birləşmiş emalatxanalar, həmişəki olduğu kimi, bu dəfə də eskaltorun təmirini yüksək səviyyədə yerinə yetirib. O bildirib ki, eskalator hərəkətdə yoxlanılmaqla, onun hərəkət sistemi qiymətləndiriləcək, aşkarlanarsa, nöqsan və qüsurlar aradan qaldırılacaq.

Gələn həftənin əvvəli sərnişinlərin təhlükəsizliyini tam təmin etmək məqsədilə son yoxlamalar aparılacaq. Eskalatoru Birləşmiş emalatxanalardan təhvil alacaq eskalator distansiyası onu istismara vermək üçün, qaydalara əsasən, böyük qazan müfəttişinin yoxlamasının nəticəsini gözləməlidir. Bu baxış və yekun qərar 2-3 gündən sonra verilir.

Bakıda metropoliten fəaliyyətə başlayandan istismar olunan "Sahil" stansiyasında eskaltorların da istismar müddətinin başa çatmasına az qalıb və onların daha müasirləri ilə əvəzlənməsi qarşıdakı illərin perspektiv planına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti