...

AccessBank "Symbiotics" şirkətindən 10 milyon dollar cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

"AccessBank" "Symbiotics" şirkəti ilə 10 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi bağlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, həmin kredit 3 il müddətinə verilib. Cəlb edilən vəsaitin əsas hissəsi mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə yönələcək.

"Bankın çoxdankı tərəfdaşı olan "Symbiotics" ilə bu uzunmüddətli saziş bankın xüsusilə öz filial şəbəkəsini daim genişləndirdiyi bölgələrdə mikro, kiçik və orta müəssisələr üçün kredit vermə fəaliyyətinin hazırkı inkişafına daha da kömək edəcək", - AccessBank-n baş meneceri Mixael Hoffman deyib.

"Symbiotics" şirkətinin baş direktoru Roland Dominik qeyd edib: "Biz uzunmüddətli tərəfdaşımız AccessBank Azerbaijan-ın gələcək inkişafına töhfə verdiyimiz üçün qürur hissi duyuruq. Biz MKOM istiqrazları vasitəsilə çoxlu sayda investorlarla əməkdaşlıq edə bilər və mikro, kiçik və orta müəssisələrin bazarının inkişafına yiyələnərək, inkişaf etməkdə olan ölkələrdə birinci dərəcəli maliyyə institutlarına birbaşa təsir etməyi təklif edə bilərik".

"Symbiotics" şirkətinin missiyası kapital əldə etməyin asanlaşdırılmasına və aşkarlığın, sosial məsuliyyətin və sabitliyin təmin edilməsi ilə qlobal səviyyədə iqtisadi inkişafa öz töhfəsini verməkdən ibarətdir. Şirkət aşağı səviyyəli gəlirlərə malik ölkələrdə innovativ investisiya xidmətlərinin təqdim edilməsi yolu ilə sosial məsuliyyətli investorları mikro, kiçik və orta müəssisələrlə birləşdirir. "Symbiotics" öz fəaliyyəti dövründə çoxlu sayda investorlarla işləyərək, 1,3 milyard ABŞ dolları həcmində vəsaiti iqtisadiyyatı inkişaf etməkdə olan 45 ölkədə 150 maliyyə institutu vasitəsilə yarım milyona yaxın mikro, kiçik və orta müəssisələrin inkişafına yönəldib.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin "Global Finance" (2011) və "Euromoney" Nəşriyyat Qrupu (2012, 2011, 2010) tərəfindən "Azərbaycanın ən yaxşı bankı", "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "AccessHolding" (16,5%) və Almaniyanın "LFS Financial Systems GmbH" (3,5%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti