...

Azərbaycanın qeyri-neft sektorunda 7,4 faiz artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2012 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-noyabr aylarında 31 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 7,4 faiz artım, neft sektorunda 5,3 isə faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehsalın 75,7 faizi mədənçıxarma, 18,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Cari ilin on bir ayı ərzində neft hasilatı 39,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15,7 milyard kubmetr təşkil edib, qaz hasilatı 6,3 faiz artıb, neft hasilatı isə 6,8 faiz azalıb.

Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti