...

Azərbaycan Beynəlxalq Bankında "Qızıl depozit" əmanətinin həcmi 3,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) "Qızıl depozit" məhsulu üzrə cəlb etdiyi əmanətlərin həcmi 3,5 dəfə artaraq 1,5 mln. manata çatıb. Trend-in məlumatına görə, bu barədə bankın mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.

Bankdan verilən məlumata görə, ABB "Qızıl depozit" xidmətini 2011-ci ilin noyabr ayından təklif etməyə başlayıb və hazırda ölkədə qızılın fiziki alışı olmadan qızılda nominal olunan depozit xidmətləri təklif edən yeganə bank təşkilatıdır.

"Qızıl depozit" adlı yeni xidmət ABB-nin etibarlılıq və sabit gəlirə üstünlük verən müştərilərinə virtual şəkildə (qızılı fiziki şəkildə almadan) qızılda əmanət yerləşdirməyə imkan verir. "Qızıl depozit"in rəsmiləşdirilməsi üçün Banka şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir. Hesabın açılmasına görə komisyon haqqı tutulmur.

Bu əmanətin minimal həcmi 1 troy unsiya (31,1035 qram) dəyərində olmalıdır. Əmanətin müddəti 3 aydan 12 aya qədər ola bilər, faizlərin ödənişi isə müddətin sonunda aparılır. Bundan əlavə, depozit həm də tələbolunanadək əmanət şəklində açıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti