Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən bu ilin yanvar-noyabr aylarında 312,969 milyon manat həcmində sığorta haqqı yığılıb ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 62% və ya 119,858 milyon manat çox olub.
Trend- in məlumatına əsasən, bazar üzrə aparılan araşdırmaya görə, bu ilin 11 ayında toplanan cəmi yığımların həcmi cari ilin 10 aylıq məcmu sığorta haqlarının həcmi ilə müqayisədə 30,825 milyon manat və ya 11% artıb.
Ümumiyyətlə, araşdırma nəticəsində məlum olub ki, ötən bir il ərzində cədvəldə ilk onluqda olan şirkətlərin yığımları və bazar paylarında ciddi artım müşahidə olunub.
Son bir il ərzində "Paşa Həyat" yığımlarının həcmini kəskin artıraraq sığorta şirkətlərinin yığımları üzrə renkinq cədvəlində mühüm mövqeyə malik olub. Belə ki, son bir illə müqayisədə şirkətin daxilolmalarının həcmi 74,1% artaraq 14 milyon manata çatıb.
"Paşa Həyat" yığımlarının bu cür kəskin artımı nəticəsində qeyd olunan cədvəldə son bir ildə öz mövqeyini daha üç pillə artıraraq 11-ci pillədən 8-ci pilləyə yüksəlib. Ön mövqeyə yüksəlməyin əsas səbəbini isə şirkətin bazara həyat sığortası ilə bağlı sığorta məhsullarını sərfəli şərtlərlə təqdim etməsi ilə izah etmək olar.
Bundan başqa, son bir il ərzində şirkətin bazar payında da ciddi dəyişiklik müşahidə olunub. Belə ki, qeyd etdiyimiz dövrdə şirkətin ümumi yığımlar üzrə bazar payı 0,30 faiz bəndi artaraq 4,28%-ə çatıb. Bu artım isə sığorta bazarına yeni iştirakçı kimi qatılan şirkət üçün mühüm göstərici sayıla bilər.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr ayları üzrə məcmu yığımlarda şirkətin bazar payı 3,98% təşkil edib.
Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar üzrə mütləq rəqəmləri, bazar payları və yığımlar üzrə illik dinamikası barədə məlumat verilir.
Sığortaçılar |
Sığorta haqları (mln. AZN) |
Bazar payı (%) |
Yığımların illik dinamikası (%) |
|
1 |
Paşa Sığorta |
44,670 |
14,27 |
354,50 |
2 |
AzSığorta |
36,681 |
11,72 |
93,30 |
3 |
Atəşgah |
34,241 |
10,94 |
116,60 |
4 |
Azərsığorta |
31,030 |
9,91 |
26,65 |
5 |
Standard Insurance |
19,823 |
6,33 |
122,50 |
6 |
AXA MBASK |
16,940 |
5,41 |
43,99 |
7 |
Atəşgah Həyat Sığorta |
15,154 |
4,84 |
71,50 |
8 |
Paşa Həyat Sığorta |
13,383 |
4,28 |
74,08 |
9 |
Beynəlxalq Sığorta Şirkəti |
13,309 |
4,25 |
20,64 |
10 |
Xalq Sığorta |
12,072 |
3,85 |
45,45 |
11 |
AtaSığorta |
10,135 |
3,24 |
119,56 |
12 |
İpək Yolu Sığorta |
8,269 |
2,64 |
(-21,51) |
13 |
A-Group |
8,124 |
2,60 |
18,25 |
14 |
Qarant Sığorta |
7,940 |
2,54 |
35,52 |
15 |
Azərbaycan Sənaye Sığorta |
6,744 |
2,15 |
11,07 |
16 |
Qala Həyat Sığorta |
6,084 |
1,94 |
33,39 |
17 |
Bakı Sığorta |
5,322 |
1,70 |
25,42 |
18 |
Alfa Sığorta |
4,743 |
1,52 |
77,57 |
19 |
Meqa Sığorta |
4,227 |
1,35 |
338,03 |
20 |
Rəvan Sığorta |
3,087 |
0,99 |
65,17 |
21 |
Başak İnam |
3,018 |
0,96 |
35,09 |
22 |
Buta Sığorta |
2,329 |
0,74 |
297,44 |
23 |
Çartis Azərbaycan |
1,735 |
0,55 |
8,91 |
24 |
Azərqarant |
1,617 |
0,52 |
34,30 |
25 |
Əmrah Sığorta |
0,973 |
0,31 |
65,20 |
26 |
Era Trans |
0,838 |
0,27 |
52,41 |
27 |
Günay Sığorta |
0,403 |
0,13 |
(-11,43) |
28 |
Royal Sığorta* |
0,079 |
0,03 |
- |
Yekun |
312,969 |
- |
- |
"Royal Sığorta" ASC 2011-ci ilin dekabr ayının 28-dən fəaliyyət göstərir.