...

"Unibank" daha yaxın oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 16:22 (UTC +04:00)
"Unibank" müştəri məmnunluğunu öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Bankın 14 saylı (Babək) filialı yeni ünvanda, əhalinin daha sıx məskunlaşdığı "Beşmərtəbə" adlanan ərazidə paytaxt sakinlərinə daha geniş xidmət göstərəcək.
"Unibank" daha yaxın oldu

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

"Unibank" müştəri məmnunluğunu öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Bankın 14 saylı (Babək) filialı yeni ünvanda, əhalinin daha sıx məskunlaşdığı "Beşmərtəbə" adlanan ərazidə paytaxt sakinlərinə daha geniş xidmət göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, əvvəl yerləşdiyi ərazi müştərilərin gediş-gəlişi üçün səmərəli olmadığından, "Unibank" rəhbərliyi 14 saylı filialın Yasamal rayonu, Füzuli küç.,15, qapı 4 ünvanına köçürülməsinə qərar verib. Elə ilk gündən ərazidə yaşayan sakinlər bankın xidmətlərinə yüksək maraq göstərməyə başlayıblar.

Bankın yeni ünvana köçən xidmət nöqtəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirir. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Hazırda Mərkəz filial da daxil olmaqla, "Unibank" 29 filialla, ümumilikdə 100-ə yaxın xidmət nöqtəsi ilə müştərilərinə xidmət göstərir. Bu il ərzində daha bir neçə filialın açılması nəzərdə tutulur.

Unibank-ın yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyası uğurla davam etməkdədir. Yanvarın 13-dək olan kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3%-dən artıq endirimlə nağd kredit götürə bilir. Minimal məbləği 300 AZN olan arayışsız kreditin maksimal məbləği 5000 AZN-dir. Kreditin müddəti 3-30 aydır. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim edilir. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər

Artıq Unibank-ın filialları həftənin 6 günü saat 19:00-dək işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Bankın Bülbül pr., 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyniadlı filialı günün 24 saatı fəaliyyətdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti