...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2013 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78478 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

24 dekabr

0,7848

7 yanvar

0,7847

25 dekabr

0,7848

8 yanvar

0,7848

26 dekabr

0,7848

9 yanvar

0,7848

27 dekabr

0,7850

10 yanvar

0,7848

28 dekabr

0,7850

11 yanvar

0,7848

Həftə ərzində orta

0,78488

Həftə ərzində orta

0,78478

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişilməz qalıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7856 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 7-də 0,7856 AZN/USD məzənnə ilə 5,465 mln. dollar; yanvarın 8-də sövdələşmə aparılmayıb, buna görə də məzənnə 0,7856 AZN/USD səviyyəsində qalıb; yanvarın 9-da 0,7856 AZN/USD məzənnə ilə 4,65 mln. dollar; yanvarın 10-da 0,7856 AZN/USD məzənnə ilə 5,1 mln. dollar; yanvarın 11-də 0,7856 AZN/USD məzənnə ilə 0,744 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

24 dekabr

0,7839

7 yanvar

0,7856

25 dekabr

0,7839

8 yanvar

0,7856

26 dekabr

0,7841

9 yanvar

0,7856

27 dekabr

0,7841

10 yanvar

0,7856

28 dekabr

0,7856

11 yanvar

0,7856

Həftə ərzində orta

0,78432

Həftə ərzində orta

0,7856

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti