...

Azərbaycanda dəmir yollarının inkişafına 208 milyon dollardan çox investisiya yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2013 12:41 (UTC +04:00)
В 2012 году в развитие железных дорог в Азербайджане были вложены инвестиции в объеме 163,8 миллиона манатов, из которых 1,6 миллиона манатов - за счет собственных средств ЗАО "Азербайджанские железные дороги".
Azərbaycanda dəmir yollarının inkişafına 208 milyon dollardan çox investisiya yatırılıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Axundov/

2012-ci ildə Azərbaycanda dəmir yollarının inkişafına 163,8 milyon manat həcmində investisiya yatırılıb ki, bu məbləğdən 1,6 milyon manat "Azərbaycan Dəmir Yolları" QSC-nin öz vəsaitlərinin payına düşür. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin və nazirliyin tabeli qurumlarının 2012-ci ildə fəaliyyətinə dair hesabatda deyilir.

Hesabat dövrü ərzində 132,4 kilometr yol əsaslı təmir edilib, 25 ədəd elektrik və dizel lokomotivləri, 729 ədəd sərnişin vaqonu, 3603 ədəd yük vaqonu müxtəlif həcmli təmirdən keçirilib, 470 konteyner cari təmir, 160 konteyner isə əsaslı təmir edilərək istismara verilib.

9 ədəd VL-10 seriyalı elektrovoz "Azərbaycan Dəmir Yolları" QSC ilə Litvanın "STREFA" QSC arasında bağlanılmış müqaviləyə əsasən alınaraq respublikaya gətirilib.

Hesabata əsasən, 2012-ci ildə dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi 22,9 milyon ton təşkil edib və əvvəlki ilə nisbətən 3,2 faiz artıb.

Ötən il "Azərbaycan Dəmir Yolları" QSC-nin xidmətindən 2,7 milyon nəfər sərnişin istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti