Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan aviareysinin reallaşması yubanır. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Aeroportdan deyildiyi kimi, təyyarə cədvələ uyğun olarq yerli vaxtla saat 9:00-da uçmalı idi. Lakin hava şəraiti ilə əlaqədar o, saat 11:00-dək təxirə salınıb.
Hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 10:10-da havaya qalxmalı olan Bakı-Tbilisi aviareysi də yubanır.
"Tbilisi reysi də ləngiyir, onun bu gün saat 13:00-da reallaşdırılması planlaşdırılır", - aeroportdan bildirilib.