...

Azərbaycan biznesi yeni şərtlərlə AİZ inkişafı ilə tanış olmaq imkanı əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2013 15:32 (UTC +04:00)
Cənubi Afrika Respublikasında Dünya Azad Zonalar Konvensiyası təşkilatı tərəfindən treninqlər keçiriləcək.
Azərbaycan biznesi yeni şərtlərlə AİZ inkişafı ilə tanış olmaq imkanı əldə edib

Azərbaycan, Bakı, 29 yanvar / Trend /

Cənubi Afrika Respublikasında Dünya Azad Zonalar Konvensiyası təşkilatı tərəfindən treninqlər keçiriləcək. Treninqlərdə investisiyaların təşviqi ilə məşğul olan agentliklərin, həmçinin bankların nümayəndələri də iştirak edə bilərlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında dərc edilmiş məlumatda deyilir.

"İnvestorların cəlb edilməsi. Biznes biliklərinin və stimulların rolu" və "Qlobal logistika sahəsində zonalar tərəfındən nailiyyətlərin əldə edilməsi və təminat" mövzuları üzrə treninqlər 2013-cü ilin 7-8 mart tarixlərində keçiriləcək", - məlumatda deyilir.

Tədbir haqqında ətraflı məlumatı Dünya Azad Zonalar Konvensiyası təşkilatının www.freezones.org rəsmi internet saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti