...

"Bank of Baku" ilk dəfə "Facebook" istifadəçilərinə nağd kredit ayırmağa başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 13:26 (UTC +04:00)
Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq "Bank of Baku" yeni "Facebook fan kredit" layihəsinə başlayacaq.
"Bank of Baku" ilk dəfə "Facebook" istifadəçilərinə nağd kredit ayırmağa başlayacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq "Bank of Baku" yeni "Facebook fan kredit" layihəsinə başlayacaq.

Bankdan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində hər bir "Facebook" sosial şəbəkə istifadəçisi müəyyən meyarlara uyğun gəldikdə "Facebook fan kredit" ala biləcək. Bu kredit növünü almağa iddialı şəxsin azı 20 yaşı olmalı və Facebook-dan istifadə müddəti minimum 6 ay təşkil etməlidir. İstifadəçi "Bank of Baku"nun korporativ sosial şəbəkə saytını bəyənməlidir (like). Fan krediti almaq niyyətində olan istifadəçilər "Bank of Baku"nun "Facebook" səhifəsində yerləşdirilmiş, xüsusi hazırlanmış proqramda anketi doldurmaqla fan kredit üçün namizədliyini təsdiqləmiş olur.

"Facebook fan kredit"in əsas fərqli cəhətləri aşağıdakılardır:

- Müştərilərin daha yüksək məbləğdə arayışsız nağd kredit əldə etmək imkanı;
- Kredit məbləğinin müəyyənləşdirilməsində maliyyə göstəriciləri ilə yanaşı, onun "Facebook" səhifəsindəki məlumatlarının, şəbəkədəki aktivliyinin və dostlarının sayının meyar kimi çıxış etməsi;
- Müştərinin dostlarının ona kredit üzrə faiz dərəcəsində yüksək endirim əldə etməsində dəstək olması ("like" saylarına görə kreditin illik faizində endirimlər nəzərdə tutulur);
- Müraciət edənlərin sifarişləri müraciət müəllifi banka gəlmədən ilkin təhlil olunacaq və tam növbəsiz kredit almaq imkanı əldə edəcək.

Layihənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.

"Facebook fan kredit" layihəsi ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti