...

"Brand Credit" ilk dəfə korporativ istiqrazlar bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2013 14:49 (UTC +04:00)
Fevralın 11-dən Bakı Fond Birjasında (BFB) "Brand Credit Bank olmayan Kredit Təşkilatı" MMC-nin 1 milyon manat dəyərində buraxılan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi başlayır.
"Brand Credit" ilk dəfə korporativ istiqrazlar bazarına çıxır

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Fevralın 11-dən Bakı Fond Birjasında (BFB) "Brand Credit Bank olmayan Kredit Təşkilatı" MMC-nin 1 milyon manat dəyərində buraxılan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi başlayır.

BFB-dən Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 1000 istiqraz buraxılıb. İstiqrazlar üzrə gəlirlilik tədavül müddəti 1080 gün olmaqla 14 faiz təşkil edir, faizlərin ödəniş müddəti isə 30 gündür.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

"Kredit təşkilatı istiqrazlarının BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması təklifi ilə müraciət edib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti