...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 13:35 (UTC +04:00)
Yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz bahalaşıb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 103,1 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşıb, metal filizlərinin hasilatı üzrə isə 4,7 faiz ucuzlaşıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri indeksi 99,8 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 2,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, toxuculuq sənayesi üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kimya sənayesi üzrə 4,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə isə 0,1 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti