...

DSMF əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması prosesini sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2013 15:08 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması çərçivəsində vətəndaşlar üçün 2006-ci ilədək yığılan əmək stajının mövcudluğunu təsdiq edən sənədlərin toplanması prosesini sadələşdirib.
DSMF əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması prosesini sürətləndirəcək

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.İsmayılov/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması çərçivəsində vətəndaşlar üçün 2006-ci ilədək yığılan əmək stajının mövcudluğunu təsdiq edən sənədlərin toplanması prosesini sadələşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF sədri Səlim Müslümov deyib.

Müslümovun sözlərinə görə, 2006-cı ilədək vətəndaşların əmək stajını yalnız əmək kitabçaları əsasında müəyyənləşdirmək olar, buna görə də onların DSMF-yə təqdimi vacib məsələdir.

"Əvvəllər əmək kitabçasının surətini rəsmiləşdirmək üçün notarius təminatı tələb olunurdu ki, bu da vətəndaşların əlavə xərc çəkməsinə səbəb olurdu, hazırda isə biz bu prosesi sadələşdirmək qərarına gəlmişik və əmək kitabçalarını DSMF-nin yerli şöbələrində təsdiq etdirmək mümkün olacaq", - DSMF sədri qeyd edib.

Onun sözlərinə görə, əmək kitabçasının surəti DSMF-nin yerli şöbə rəhbərlərinin müavinləri tərəfindən təsdiq ediləcək və bu məlumatlar əsasında vətəndaşların 2006-cı ilədək pensiya kapitalı müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti