Azərbaycan, Bakı, 15 mart /Trend/
AGBank ənənəvi olaraq, korporativ mədəniyyətin möhkəmləndirməsi məqsədilə martın 16-da şahmat turniri keçirəcək.
Bankdan Trend-ə verilən məlumata görə, turnirdə bankın Bakı şəhərində və regionlarında yerləşən filial şəbəkəsində çalışan əməkdaşlar iştirak edəcəklər. İşçilər arasında keçirilən turnirdə birinci, ikinci, üçüncü yerləri tutan qaliblər hədiyyələrlə təltif olunacaqlar.
Xatırladaq ki, AGBankın filial şəbəkəsi 24 filial və şöbədən ibarətdir. Onlardan, 18-i Bakı şəhərində, 6 isə ölkənin regionlarında yerləşir.