Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir A. Axundov/
"Əmrah Sığorta" şirkəti kapitalını indiki 4,738 milyon manat səviyyəsindən ölkənin Maliyyə Nazirliyinin 5 milyon manat minimum tələbinədək artırır.
Trend-in çərşənbə axşamı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) saytına istinadən verdiyi məlumata görə, QKDK 262 min manat dəyərində adi, sənədli, adlı səhmlərin emissiya prospektini qeydiyyata alıb.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 1310 səhm buraxılıb.