...

Azərbaycan brokerlərinin renkinqinə "BoB Broker" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 19:49 (UTC +04:00)
2013-cü ilin mart ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "BoB Broker" ASC başçılıq edib.
Azərbaycan brokerlərinin renkinqinə "BoB Broker" başçılıq edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

2013-cü ilin mart ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "BoB Broker" ASC başçılıq edib. Şirkət ümumi dəyəri 21,99 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə bazar ertəsi Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 18,4 milyon manat olan broker xidmətləri göstərmiş "Standard Kapital" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 15,83 milyon manatla "Texnika Kapital Menecment" qərarlaşıb.

2013-cü il mart ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

3

"BoB Broker" MMC

21 986 234,65

2

-

"Standard Kapital" MMC

18 399 911,90

3

6

"Texnika Kapital Menecment" MMC

15 829 635,48

4

4

"Paşa Kapital" MMC

12 532 812,20

5

5

"Brokdil-Az" MMC

8 251 876,76

6

2

"Çelsi Kapital" MMC

7 463 293,73

7

1

"Unicapital" ASC

7 208 054,90

8

8

"Caspian Financial ltd" MMC

509 598,98

Qeyd: DQK - dövlət qiymətli kağızlar; KQK - korporativ qiymətli kağızlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti