...

Rafael Harpaz: Azərbaycan və İsrail arasında yüksək ticarət əlaqələri mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 18:51 (UTC +04:00)
Azərbaycan və İsrail arasında çox gözəl münasibətlər mövcuddur və bu münasibətlər bir çox sahələri əhatə edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.
Rafael Harpaz: Azərbaycan və İsrail arasında yüksək ticarət əlaqələri mövcuddur

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və İsrail arasında çox gözəl münasibətlər mövcuddur və bu münasibətlər bir çox sahələri əhatə edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında yüksək ticarət əlaqələri mövcuddur və bu əlaqələr daim genişlənir.

Harpaz vurğulayıb ki, İsrailin özəl şirkətlərinin Azərbaycanda çox böyük maraqları var. "İki ölkənin ticarət dövriyyəsi üç milyard dollara bərabərdir. İqtisadi münasibətlərdə əməkdaşlıq su təsərrüfatı, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və kənd təsərrüfatı sahələrini əhatə edir", - səfir deyib.

Onun sözlərinə görə, İsrail ticari ələqalərin daha da artırılması üçün səylər göstərir. Enerji sahəsində çox mühüm əməkdaşlıq mövcuddur.

Səfir qeyd edib ki, İsrail son vaxtlar quruda qaz ehtiyatları kəşf edib və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir. Harpaz onu da vurğulyıb ki, İsrail Azərbaycan iqtisadiyyatının diversifikasiyasında öz köməyini göstərməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti