...

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 14:30 (UTC +04:00)
Bakıda aprelin 17-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Bakıda aprelin 17-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AZPROMO-nun saytında yerləşdirilən xəbərdə bildirilir.

Biznes forum Qazaxıstanın Aktau şəhər akimi Edil Janbırişin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək.

Məlumatda bildirlib ki, biznes forumda, həmçinin şəhərsalma, tikinti, abadlıq və yaşıllaşdırma işləri, su təchizatı və tullantı sularının idarə edilməsi, zibil və bərk tullantıların emalı, ərzaq təhlükəsizliyi, alternativ enerji və digər sektorları təmsil edən Qazaxıstanın Mangistau vilayətinin sahibkarları iştirak edəcəklər.
Forumda iştirak etmək istəyən şirkətlər aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Qüdrət Ovçuyev

Telefon: (012) 5980147/48 (внутренние:119, 108, 120, 123).

Mobil: (050) 738 88 88

Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti