...

"Paşa Bank" market-meyker xidmətlərinin siyahısını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 15:26 (UTC +04:00)
Azərbaycanın kapital bazarında ilk market-meyker təşkilatı olan "Paşa Bank" ASC "AG Bank" ASC-nin ISIN kodu AZ2005000974 olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının Bakı Fond Birjasında (BFB) market-meykerliyinə başlayır.
"Paşa Bank" market-meyker xidmətlərinin siyahısını genişləndirib

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycanın kapital bazarında ilk market-meyker təşkilatı olan "Paşa Bank" ASC "AG Bank" ASC-nin ISIN kodu AZ2005000974 olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının Bakı Fond Birjasında (BFB) market-meykerliyinə başlayır.

BFB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Paşa Bank" ASC-nin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi isə 5% təşkil edir.

Bütün market-meyker kotirovkaları BFB-nin elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur (www.bfb.az).

Qeyd edək ki, BFB-də "Paşa Bank" ASC-nin adından çıxış edən birja üzvü "Paşa Kapital" MMC-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti