...

Türkiyə Misirə maliyyə yardımı ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2013 04:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Türkiyənin maliyyə naziri Mehmet Şimşək ilə İsgəndəriyyə şəhərindəki Yunus Əmrə Mədəniyyət Mərkəzinin açılışına qatılan Misirin maliyyə naziri Əl-Mursi Hicazi Türkiyənin Misirə 2 milyard dollarlıq yardım etdiyini, bunun 1 milyard dollarının ötən dekabr ayında Mərkəzi Banka verildiyini, digər 1 milyard dolların isə infrastruktur layihələrinə ayrıldığını bildirib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Hicazi Misir hökumətinin 1 milyard dolları şəhərlərdə kommunal xidmətlərin göstərilməsi və qazla işləyən avtobusların satın alınması üçün istifadə edilməsinə dair qərar verdiyini açıqlayıb.

Türkiyə hökumətinin Misirin yaşadığı bu həssas dönəmdə göstərdiyi maliyyə yardımlarını qəbul etdiklərini deyən Hicazi, Misir-Türkiyə əməkdaşlığından məmnun qaldığını söyləyib.

Maliyyə naziri Mehmet Şimşək açılışda çıxışı zamanı Türkiyənin Misirə yardımlarının davam edəcəyini bildirərək, türk investorları Misirdəki yatırımlarını artırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti