...

SECO: Azərbaycanda kredit bürolarının yaradılması ucuz kreditlərə çıxışı genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 11:36 (UTC +04:00)
"İsveçrə Azərbaycanla əməkdaşlığa, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və maliyyə sektorunun inkişafı üzrə dəstəyə böyük önəm verir", - Feldman qeyd edib.
SECO: Azərbaycanda kredit bürolarının yaradılması ucuz kreditlərə çıxışı genişləndirəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A. Axundov/

İsveçrə hökuməti indiyədək Azərbaycana 83 milyon dollardan çox həcmdə qrant ayırıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman Bakıda keçirilən "Kredit bürosu" konfransında çıxışı zamanı deyib. Konfrans Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və SECO tərəfindən təşkil edilib.

"İsveçrə Azərbaycanla əməkdaşlığa, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və maliyyə sektorunun inkişafı üzrə dəstəyə böyük önəm verir", - Feldman qeyd edib.

Onun sözlərinə görə, maliyyə sektorunda sabitliyin qorunması üçün kreditlər, kredit verənlər və onların kredit tarixi haqqında məlumatların yığılması və qorunması üzrə keyfiyyətli mexanizmlərin mövcudluğu vacibdir.

"Özəl kredit büroları təkcə sektor və banklar üçün deyil, həm də müştərilərin özləri üçün vacibdir. Yaxşı kredit büro sistemləri olan ölkələrdə daha ucuz və münasib kreditlərin verilməsi üçün daha böyük imkanlar var" , - Feldman qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda ilk özəl kredit bürosunun yaradılması üzrə işlər tam sürətlə gedir, lakin bu sahədə hələ görüləsi işlər çoxdur.

"Hazırda birinci dərəcəli tapşırıq özəl kredit büroları haqqında qanun layihəsi və onun qəbulu üzərində işin başa çatdırılmasıdır", - Feldman bildirib.

Konfrans IFC-nin Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi (ACAFI) üzrə layihə çərçivəsində təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti