...

Azərbaycanda mülkiyyətçilər mənzil fondunu idarəetmə formasını müstəqil seçmək hüququna malikdirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 17:10 (UTC +04:00)
Özəl mənzil fondunun sahibləri idarəetmənin formasını özləri seçməlidirlər.
Azərbaycanda mülkiyyətçilər mənzil fondunu idarəetmə formasını müstəqil seçmək hüququna malikdirlər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/

Özəl mənzil fondunun sahibləri idarəetmənin formasını özləri seçməlidirlər. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsinə uyğun olaraq, sakinlər özləri mənzil fondunu idarəetmə formasını seçmək hüququna malikdirlər. Əsasən, onlar bunu birbaşa - fiziki şəxs kimi, birgə cəmiyyətlərin yaradılması yolu ilə hüquqi şəxs kimi, həmçinin, fonda idarəetmənin təqdim olunması yolu ilə edə bilərlər. Son vəziyyətdə idarəetmə fondları kimi müxtəlif şirkətlər, həmçinin mənzil-kommunal sahələri çıxış edə bilərlər. Bu halda xidmətlər mülkiyyətçilərlə imzalanan müqavilə əsasında göstəriləcək.

Göstərilən xidmətlərin dəyəri mülkiyyətçilərin ümumi yığıncağı tərəfindən təsdiqlənir və göstərilən xidmətlərdən asılı olaraq dəyişə bilər.

Mənzil fondunda sərbəst idarəetmə sisteminin tətbiqinə və onun köhnə çoxmərtəbəli tikililərdə dəstəklənməsi məsələsinə gəldikdə isə Qasımov vurğulayıb ki, bu halda da bina sakinləri özləri bu prosesi təşkil etməlidirlər. Bu hal baş vermədikdə isə xidmət göstərən şirkətlər bələdiyyələrin elan etməli olduğu müsabiqə əsasında seçim edirlər.

Mənzil Məcəlləsi 2009-cu ildə qəbul olunsa da, mülkiyyətçilər və müvafiq orqanlar hələ sonadək onun bütün təfərrüatlarını və xüsusiyyətləri öyrənə bilməyiblər.

"Yeni məcəllə aparıcı xarakter daşıyır, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır və milli xüsusiyyətlər nəzərə alaraq yaradılıb", - Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda ölkə vətəndaşlarının yeni Mənzil Məcəlləsi ilə tanış olması üçün İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq işlər, tədbirlər və görüşlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti