...

“AtaBank” 66 milyon ABŞ dollarından yuxarı güzəştli kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2013 13:47 (UTC +04:00)
"AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF)üzvüdür və bu günə kimi bank tərəfindən 52 milyon manat güzəştli kredit verilib.
“AtaBank” 66 milyon ABŞ dollarından yuxarı güzəştli kredit ayırıb

Azərbaycan, Bakı, 1 may /Trend/

"AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) üzvüdür və bu günə kimi bank tərəfindən 52 milyon manat güzəştli kredit verilib. Bu barədə Trendə çərşənbə günü bankdan daxil olan məlumatda bildirilir.

Məlumata görə, "AtaBank" ASC aprelin 26-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsində təşkil edilən " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. 2013 il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 2,362 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına təqribən 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti