...

"Bank of Baku" yeni kredit proqramına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2013 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Tezliklə "Bank of Baku" "Dostunu tapşır, kredit alsın" adlı yeni bir proqramına start verəcək.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, proqram çərçivəsində "Bank of Baku"nun "Dostlar klubu"nun üzvləri öz yaxınlarına yalnız şəxsiyyət vəsiqəsi ilə 3000 AZN-dək kredit almalarına imkan yaratmış olacaq.

Proqramın iştirakçıları kimlərdir:

a) "Dostlar klubu"nun üzvləri - tövsiyyə edən qismində.
b) Bankımızdan istehlak kreditləri (nağd kredit, kredit xətti, avtomobil kreditləri daxil olmaqla) almamış şəxslər və ya son 24 ay və daha artıq müddət ərzində aktiv krediti olmayan təkrar müştərilər - tövsiyyə edilən qismində.

"Dostlar klubu"nun üzvü bu kampaniyadan nə əldə edir: əlavə bonuslar, bankın ona etibarı və yaxınlarına dəstəyi.

Kredit almaq istəyən şəxsin bu kampaniyadan qazanacaqları: işdən arayış tələb edilmədən tək şəxsiyyət vəsiqəsi ilə 3000 AZN-dək kredit, gələcəkdə "Dostlar klubu"na üzv olub güzəştlərdən faydalanmaq.

"Dostlar klubu" üzvlüyünün üstünlükləri: endirimli komissiya haqqı, arayışsız və sərfəli faiz ilə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və s.

"Dostunu tapşır, kredit alsın" proqramının təşviqi məqsədi ilə yaxın zamanda "Bank of Baku" "Facebook" sosial şəbəkəsində xüsusi yarışa start verəcək. Yarışda iştirak etmək üçün "Facebook"a daxil olaraq iştirakçı öz fotosunu çəkib və yaxud yükləyərək daha çox "like" toplamalıdır. Yarış üç həftə davam edəcək və sonda üç nəfər qalib şəxs mükafatlandırılacaq.

"Dostunu tapşır, kredit alsın" adlı proqramın işə düşməsinə dair yaxın günlərdə ətraflı məlumat veriləcək.

2011-ci ildə təsis edilən "Dostlar klubu" müştərilərin böyük marağı ilə qarşılanıb və qısa müddət ərzində kluba artıq 90.000-nə yaxın şəxs qoşulub.

"Dostunu tapşır, kredit alsın" proqramı barədə daha ətraflı: http://www.bankofbaku.com/az/dostlar-klubu/dostunu-tapsir-kredit-alsin.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti