Azərbaycan, Bakı, 10 may /Trend/
26-28 iyun 2013-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının dəstəyi, Türkiyə Odalar və Borsalar Birliyinin təşkilatçılığı (TOBB) ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın qida və kənd təsərrüfatı məhsullarından ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, sərginin keçiriləcəyi yer və stendlər, stendlə bağlı texniki xidmətlər TOBB tərəfindən ödənişsiz təqdim edilir.
Hər bir ölkə üçün 100 kvadratmetrlik sahə nəzərdə tutulub.