...

Azərbaycanın xarici ticarət dövriyyəsi 10,5 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2013 01:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-mart aylarında 10,7 milyard ABŞ dolları təşkil edib, bunun 8,5 milyard dollarlıq hissəsi ixracın, 2,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövr ərzində dünyanın 124 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 63 ölkəyə əmtəə ixrac olunub, 115 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 21-i Amerika, 47-si Avropa, 34-ü Asiya və s. ölkələridir.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti