...

Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Forumunda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 20:26 (UTC +04:00)
22-24 may 2013-cü il tarixlərində Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) növbəti illik sammiti keçiriləcək. Forumun işində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.
Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 16 may /Trend/

22-24 may 2013-cü il tarixlərində Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) növbəti illik sammiti keçiriləcək. Forumun işində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, forum zamanı iştirakçıların və ITF-yə üzv dövlətlərin cəmiyyətin tələbləri və ehtiyacına uyğun olaraq nəqliyyat məsələlərinin həlli üçün çıxış yollarının tapılmasını müzakirə edəcəkləri gözlənilir.

Eyni zamanda, forumun dünyanın bugünkü tələblərinə uyğun olaraq nəqliyyat sektorunun inkişafı üçün yeni perspektivlər yaradacağı gözlənilir. Başqa sözlə, forum üzv dövlətlər üçün müxtəlif məsələlər və təcrübələr barədə öz fikirlərini paylaşmaq və sıx əməkdaşlıq münasibətləri qurmaq baxımından yeni imkanlar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti