...

Azərbaycan sahibkarları Moskvada beynəlxalq foruma dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2013 13:53 (UTC +04:00)
2013-cü ilin iyunun 6-8-də Rusiyanın Moskva şəhərində "Ekspotsentr" Mərkəzi Sərgi Kompleksində "5pEXPO" sərgi sənayesinin VII Beynəlxalq Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
Azərbaycan sahibkarları Moskvada beynəlxalq foruma dəvət olunurlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E. Əliyev/

2013-cü ilin iyunun 6-8-də Rusiyanın Moskva şəhərində "Ekspotsentr" Mərkəzi Sərgi Kompleksində "5pEXPO" sərgi sənayesinin VII Beynəlxalq Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, "5pEXPO" sərgi sənayesinin VII Beynəlxalq Forumu Rusiya və MDB ölkələrinin dünya iqtisadiyyatına, sahə operatorlarının isə beynəlxalq sərgi biznesinə inteqrasiyasının sürətləndirilməsi; göstərilən xidmətlərin spektrinin genişləndirilməsi və keyfiyyətinin artırılması; sərgi sənayesinin vəziyyəti və inkişafı perspektivləri barədə operator və istehlakçıları məlumatlandırmaq məsələlərinə yönəlib.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvət olunurlar.

Ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Rusiya Federasiyası, Moskva şəhəri,

tel: +7 (499) 795-28-91, e-mail: [email protected]

Əlaqələndirici şəxslər:

Malinovskaya Svetlana Lvovna

tel: 8499-795-29-68; e-mail: [email protected]

Tipkova Aleksandra Yuryevna

tel: 8499-795-25-98; fax: 8499-605-69-35; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti