...

Bu il Bakıda ikinci Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2013 11:21 (UTC +04:00)
Bu il mayın 30-da Qazaxıstanın Atırau şəhər akimi cənab Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək.
Bu il Bakıda ikinci Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 29 may /Trend/

Bu il mayın 30-da Qazaxıstanın Atırau şəhər akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək. Bu barədə Trend çərşənbə günü AZPROMO-nun saytına istinadən məlumat verir.

Görüşdə nümayəndə heyətinə rəhbərlik edəcək Atırau şəhərinin akimi, həmçinin qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və digər sektorları təmsil edən Qazaxıstanın Atırau vilayətinin sahibkarları iştirak edəcəklər.

Forumda iştirak etmək istəyən şirkətlər aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Əlaqəli şəxs: Qüdrət Ovçuyev

Tel: 012 5980147/48 (daxili: 119, 108, 120, 123)

Mob: (050) 738 88 88

e-mail: [email protected];)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti