...

"Muğanbank" pensiyaçılar üçün yeni kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 19:30 (UTC +04:00)
"Muğanbank" ASC-nin yeni kredit kampaniyası çərçivəsində təqaüd yaşına çatmış hər kəs 10 000 AZN məbləğində kredit götürə bilər.
"Muğanbank" pensiyaçılar üçün yeni kredit kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 31 may /Trend/

"Muğanbank" ASC-nin yeni kredit kampaniyası çərçivəsində təqaüd yaşına çatmış hər kəs 10 000 AZN məbləğində kredit götürə bilər. Kreditin əldə edilməsi üçün zamin tələb olunmur. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

300-dən 10 000 AZN-dək olan krediti 3-36 ay müddətinə "Muğanbank" ASC-nin ölkə ərazisində olan bütün filiallarında rəsmləşdirmək mümkündür. Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi və Dövlət Sosial Müdafiə Fondundan arayış təqdim etmək kifayətdir.

"Qayğısız təqaüdçü" krediti üzrə ödənişlər hər ay bərabər hissələrlə həyata keçirilir. Kredit üzrə illik faiz dərəcəsi 25-27% təşkil edir (FİFD - 30,95 başlayaraq).

"Muğanbank" ASC kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini 67-ə qaldırıb.

Ətraflı məlumatı (012) 933 nömrəli telefondan, Bankın saytından (http://www.muganbank.az) və ya "Muğanbank" ASC-nin "Facebook" səhifəsindən əldə etmək mümkündür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti