...

Səfir: Türkiyədə son hadisələr iqtisadiyyatın inkişafına və turist axınına ciddi təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 12:07 (UTC +04:00)
Türkiyədə son hadisələr iqtisadiyyatın inkişafı proseslərinə və ölkənin turizm potensialına ciddi təsir etməyəcək.
Səfir: Türkiyədə son hadisələr iqtisadiyyatın inkişafına və turist axınına ciddi təsir etməyəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A. Axundov/

Türkiyədə son hadisələr iqtisadiyyatın inkişafı proseslərinə və ölkənin turizm potensialına ciddi təsir etməyəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun deyib:

"Yaxşı başa düşmək lazımdır ki, Türkiyə iqtisadiyyatı sağlam və güclü təməl əsasında qurulub. Türkiyə iqtisadiyyatının inkişafı təsadüfi hal deyil, düşünülmüş və davamlı islahatların nəticəsidir".

Coşqun deyib ki, son hadisələr iqtisadiyyatın inkişafı proeslərini dayandırmaq barədə təsəvvürlər formalaşdırmamalıdır. Onun sözlərinə görə, təbii ki, Türkiyədəki bugünkü mənzərə ölkəyə səfər etmək istəyən turistlərin niyyətinə təsir edəcək:

"Bununla belə unutmaq lazım deyil ki, Türkiyədə turizm sənayesi inkişaf edib və etibarlıdır. Hesab edirəm ki, bu, turist axınına ciddi təsir etməyəcək".

Səfirin fikrincə, əsas məsələ türk xalqının öz iradəsinin göstərməsidir, lakin bu, ictimai qayda-qanuna riayət etməklə müşayiət olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti