...

Bu ilin beş ayı ərzində “PAŞA Həyat”ın topladığı sığorta haqlarının həcmi 14,9 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 11:51 (UTC +04:00)
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin yanvar-may ayları üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb. Bu barədə cümə günü şirkətdən daxil olan məlumatda deyilir.
Bu ilin beş ayı ərzində “PAŞA Həyat”ın topladığı sığorta haqlarının həcmi 14,9 milyon manata çatıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC 2013-cü ilin yanvar-may ayları üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb. Bu barədə cümə günü şirkətdən daxil olan məlumatda deyilir.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarının yekunu olaraq, "PAŞA Həyat"ın yığımlarının həcmi 14,862 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün yığımları ilə müqayisədə 83,5% və ya 6,761 mln. manat çox olub.

Qeyd olunan dövrdə şirkətin məcmu yığımlarında könüllü sığorta növlərinin payı 50%-ə çatıb. Bu isə "PAŞA Həyat"ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir.

Yekun hesabata görə, portfel həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqqlarından formalaşıb.

Bundan başqa, bu ilin ilk 5 ayında şirkət tərəfindən sığorta riskləri üzrə 380 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 3,8 dəfə çox olub. Məcmu sığorta ödənişlərində icbari sığortanın payı 91,2%, könüllü sığorta növlərinin xüsusi çəkisi isə 8,2% təşkil edib.

"PAŞA Holdinq" Şirkətlər Qrupuna daxil olan "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti