...

Azərbaycan hökuməti ailə kəndli təsərrüfatının dövriyyəsinin yuxarı həddini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2013 14:16 (UTC +04:00)
Azərbaycanda ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi 5 min manat səviyyəsində müəyyənləşdirilib.
Azərbaycan hökuməti ailə kəndli təsərrüfatının dövriyyəsinin yuxarı həddini artırıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E. Əliyev/

Azərbaycanda ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi 5 min manat səviyyəsində müəyyənləşdirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Dəyişiklik edilməzdən əvvəl belə təsərrüfatların illik dövriyyəsi 2000 şərti maliyyə vahidi səviyyəsində olub.

2013-cü ilin I rübünə olan məlumata görə, Azərbaycanda 871 220 ailə kəndli təsərrüfatı və ev təsərrüfatı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti