...

Bakıda Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2013 18:45 (UTC +04:00)
İyunun 24-25-də Azərbaycan Nəqliyyat Nazirliyində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclası keçirilir.
Bakıda Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclası keçirilir

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İyunun 24-25-də Azərbaycan Nəqliyyat Nazirliyində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclası keçirilir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, nəqliyyat nazirinin müavini Musa Pənahovun açılış nitqindən sonra Şimal-Cənub Dəhlizi Katibliyinin hesabatı dinlənilib. Hesabatın ardından üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Azərbaycan, İran, Hindistan, Qazaxıstan, Rusiya, Belarus, Türkiyə və Suriya nümayəndələri dəmiryol, quru və dəniz nəqliyyatı üzrə müzakirələr aparıblar.

İki gün davam edəcək iclasda layihə çərçivəsində dəhlizin inkişaf etdirilməsi istiqamətində görülən işlər və perspektiv planlar barədə ətraflı müzakirələrin aparılması gözlənilir.

Sonda üzv dövlətlər tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Əlaqələndirmə Şurasının 5-ci iclasının yekun hesabatının qəbul edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti