...

Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu təsis olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 15:04 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi cümə günü ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına kömək edəcək yeni strukturun, Rusiya-Azərbaycan işgüzar iqtisadi klubunun (RAİİK) təsis olunduğunu elan edib.
Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu təsis olunub

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi cümə günü ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına kömək edəcək yeni strukturun, Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubunun (RAİİK) təsis olunduğunu elan edib.

Rusiya Federasiyası Ticarət palatası və Rusiyanın Azərbaycandakı səfirliyinin himayəsi altında və bilavasitə iştirakı ilə yaradılan RAİİK ölkələr arasında daha möhkəm iqtisadi əlaqələrin qurulması üçün meydança olmalıdır.

Azərbaycanda Rusiya şirkətlərinin maraqlarının dövlət orqanlarında irəliləyişi və təbliği, Azərbaycanda artıq fəaliyyət göstərən və yaxud bu bazara çıxmaq istəyən şirkətlərin dəstəklənməsi, Azərbaycan şirkətlərinin Rusiyada tərəfdaş axtarışı və Rusiya bazarına çıxış zamanı dəstəklənməsi, Azərbaycanda biznesin aparılması üzrə informasiya və təcrübə mübadiləsi üçün meydançanın funksiyalarının həyata keçirilməsi, tərəfdaşların axtarışı, Rusiya biznesinin Azərbaycanda və Azərbaycan biznesinin Rusiyada pozitiv imicinin formalaşdırılması klubun hədəf və məqsədləridir.

Klub, o cümlədən şirkətlərə marketinq, reklam, hüquqi, HR və GR yardımı göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti