...

“Zaminbank”ın regional filialı yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 12:30 (UTC +04:00)
“Zaminbank” ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq 16 saylı şöbəsi yeni ünvanda fəaliyyat göstərəcək.
“Zaminbank”ın regional filialı  yeni ünvana köçüb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Zaminbank" ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq 16 saylı şöbəsi yeni ünvanda fəaliyyat göstərəcək. Bu barədə bankdan Trend ə daxil olan məlumatda bildirilir.

Salyan şəhəri, Ə.Hüseynzadə küç., 30 ünvanında yerləşən 16 saylı şöbə fiziki və hüquqi şəxslərə Əsasnaməsində nəzərdə tutulan və bankın Lisenziyası ilə icazə verilmiş aşağıdakı bank əməliyyatlarını həyata keçirir:

-Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;

-Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;

-Hesablaşma - kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi;

-Ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması;

Şöbə fiziki şəxlərə hesab açmadan "Caspian Money Transfer", "Western Union", "Contact" və "Inter Express" sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.

Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azərsel, Baksel, Nar Mobile) üzrə ödənişləri qəbul edir.

Tel.: (0 21) 255-51-15
Faks: (0 21) 255-52-05

Məqalədə:
Xəbər lenti

Xəbər lenti