...

"Bank Technique"in Proqress filialı yeni ünvanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2013 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

"Bank Technique" ASC hazırda XXI əsrin bankçılıq fəlsəfəsi əsasında həyata keçirəcəyi quruculuq işlərinə start verib. Öz fəaliyyətində innovativlik, yüksək texnoloji xidmət, müştəri məmnuniyyəti kimi meyarları əsas götürən bank göstərdiyi xidmətlərlə Sizin maliyyə agentinizə çevrilməyi hədəfləyir.

Bu məqsədin həyata keçirilməsi üçün atılan addımlardan daha biri bankın Proqress filialının Nəsimi rayonu, Ak. Mir-Qasımov küçəsi, 10/18 ünvanından Azadlıq prospekti, 87 ünvanındakı yeni konsepsiya ilə təmir olunan binaya köçməsidir.

Üstün xidmət səviyyəsi təqdim olunan filialda bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur.

Hazırda bankın baş ofisi də daxil olmaqla, Bakı şəhəri və regionlarda 32 filial və 6 şöbəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti