...

"Şərq tərəfdaşlığı" ölkələri üzrə nəqliyyat sahəsində prioritet layihələrin siyahısı razılaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2013 19:23 (UTC +04:00)
İyulun 22-23-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Nəqliyyat panelinin növbəti iclası keçirilib.
"Şərq tərəfdaşlığı" ölkələri üzrə nəqliyyat sahəsində prioritet layihələrin siyahısı razılaşdırılıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

İyulun 22-23-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində nəqliyyat panelinin növbəti iclası keçirilib.

Trend-in Azərbaycan Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda əsas məqsəd bu ilin oktyabrın 9-da Lüksemburqda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin nəqliyyat nazirlərinin ikinci görüşündə qəbul ediləcək Nazirlər Bəyannaməsi layihəsinin müzakirəsi və maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarının cəlb edilməsi məqsədilə nəqliyyat paneli çərçivəsində təqdim olunan layihələrin siyahısının yekunlaşdırılmasından ibarət olub.

İclasda Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti