...

S&P Azərbaycanın reytinqini «ВВВ-/А-3» səviyyəsində sabit proqnozla təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2013 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ. Xəlilova/

"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "ВВВ-/А-3" səviyyəsində təsdiqləyib. Reytinqlər üzrə proqnoz "Sabit"dir. Agentlik valyutanın köçürülməsi və çevrilməsi riskinin qiymətləndirilməsini "ВВВ-" səviyyəsində saxlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü S&P-in saytında yayılan məlumatda deyilir.

Məlumatda bildirilir ki, "Azərbaycanın suveren reytinqlərinin təsdiq etməsi həm dövlət büdcəsi üçün, həm də xarici ödəmə balansı üçün əhəmiyyətli "təhlükəsizlik balışını" təmin edə biləcək dövlət sektorunun və xarici xalis-kreditorun təmiz aktivlərinin möhkəmlənən mövqeyinin sabit göstəricilərini əks etdirir. Bununla əlaqədar olaraq biz həmçinin qeyd edirik ki, genişləndirilmiş hökumətin borcu gözlənən büdcə defisitinə baxmayaraq, önəmli ölçüdə məhdudlaşdırılmış qalacaq".
Agentliyin ekspertləri qeyd edirlər ki, dövlət sektorunun yüksək xərclərinə görə, ölkə iqtisadiyyatının inkişafı 2013-cü ildə 3,8 faiz olacaq və bu son üç il ərzində ən yüksək göstəricidir.

Məlumatda deyilir: "Neft sektoru durğunluq yaşadığı bir zamanda neft hasilatının həcminin ilin II yarısında bərpa edilməsi gözlənilir, dövlət xərcləri (xüsusilə infrastruktura çəkilən xərclər) neft sahələrində yüksək artın templərinə kömək edir".

Agentliyin mütəxəssislərinin zənnincə, xarici tədiyyə balansında olduğu kimi ölkə büdcəsinin balansı ortamüddətli perspektivdə yenidən profisitlə icra ediləcək: "Halbuki genişlənmiş hökumətin konsolidə edilmiş büdcəsinin defisitini 2013-cü ildə ÜDM-nin 3,8 faiz səviyyəsində (son 10 ildə ilk dəfə) proqnozlaşdırırıq".

Məlumatda deyilir: "Ölkə hökuməti üçün müsbət amil Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) likvidli aktivlərinin əhəmiyyətli həcmi - fondun büdcə ehtiyatıdır. Bu vəsaitlər xaricə investisiya edilir. 2013-cü ilin iyulunda aktivlər 34,7 milyard dollar (ÜDM-nin 42 faizi) təşkil edib. Əgər ARDNF bu il əlavə vəsaitlər əldə etməsə və ya itki versə belə, onun aktivləri ölkə hakimiyyətinə neftin qiyməti düşdüyü halda manevr üçün geniş məkanla təmin edəcək".

Daxili vəziyyətə gəlincə, ekspertlər hesab edirlər ki, ölkə hökuməti həyat standartlarını yaxşılaşması fonunda yüksəksəviyyəli legitimliyini saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti